Daxili Auditor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avrora Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir.

İşin qısa təsviri:

  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını həyata keçirmək;
  • Audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.);
  • Risklərin qiym-si və risklərin idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılması;
  • Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
  • Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
  • Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərmək;

Vəzifələr:

  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
  • Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
  • Korporativ idarəetmənin qiymətləndirilməsilə bağlı testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
  • Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək;
  • Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirmək;
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
  • Mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında Departamentin adından iştirak etmək;
  • Departament büdcəsinin hazırlamasında iştirak etmək;
  • Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
  • Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

Sahə üzrə bilik və bacarıqlar:

  • Daxili audit qaydalarını bilməli;
  • Risklərin idarəedilməsi (o cümlədən, müxtəlif sahələrdə (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə malik olmalı);
  • BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
  • İqtisadi sahədə qanunvericiliyi bilməli;
  • Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
  • Korporativ idarəetməni;
  • Logo Tiger ERP üzrə biliklər.

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
  • 2 ildən çox iş təcrübəsi (Mühasibatlıq/Maliyyə/Audit)
  • Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
  • Vergi Məcəllələrini bilməli;
  • Vergi Məcəlləsinin praktiki tətbiq edilməsində təcrübəsi olmalı;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  •  MS Office

İş şərtləri:

  • Həftədə 5 iş günü;
  • İş vaxtı: 09:00-dan 18:00-dək;
  • İş yeri: Dərnəgül qəsəbəsi;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.

Biz nə təklif edirik:

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı