Qısa məzmun
Avrora Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir.
İşin qısa təsviri:
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını həyata keçirmək;
- Audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.);
- Risklərin qiym-si və risklərin idarə edilməsində prosedurların tətbiqinin effektivliyinin yoxlanılması;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair tapşırıqların yerinə yetirilməsi;
- Audit layihəsi üzrə hesabatın hazırlanmasında şöbə rəhbərinə dəstək göstərmək;
Vəzifələr:
- Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq;
- Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
- Korporativ idarəetmənin qiymətləndirilməsilə bağlı testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
- Daxili nəzarət mühitinin qiymətləndirilməsinə dair testlər aparmaq və digər tapşırıqları yerinə yetirmək;
- Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy bildirmək;
- Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
- Mənimsəmə və saxtakarlıq hadisələrinin araşdırılmasında Departamentin adından iştirak etmək;
- Departament büdcəsinin hazırlamasında iştirak etmək;
- Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
- Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.
Sahə üzrə bilik və bacarıqlar:
- Daxili audit qaydalarını bilməli;
- Risklərin idarəedilməsi (o cümlədən, müxtəlif sahələrdə (marketinq, logistika, istehsalat və s.) iş təcrübəsinə malik olmalı);
- BMHS (o cümlədən, maliyyə konsolidasiyası);
- İqtisadi sahədə qanunvericiliyi bilməli;
- Mənimsəmə və saxtakarlığın idarəedilməsini;
- Korporativ idarəetməni;
- Logo Tiger ERP üzrə biliklər.
Tələblər:
- Ali təhsil (Mühasibat uçotu və audit,idarəçilik, iqtisadiyyat, maliyyə );
- 2 ildən çox iş təcrübəsi (Mühasibatlıq/Maliyyə/Audit)
- Beynəlxalq Mühasibat Uçotunun ilkin bilikləri;
- Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydlarını bilməli və tətbiqi təcrübəsi olmalı;
- Vergi Məcəllələrini bilməli;
- Vergi Məcəlləsinin praktiki tətbiq edilməsində təcrübəsi olmalı;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- MS Office
İş şərtləri:
- Həftədə 5 iş günü;
- İş vaxtı: 09:00-dan 18:00-dək;
- İş yeri: Dərnəgül qəsəbəsi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı müsahibə nəticəsinə əsasən təyin ediləcək.
Biz nə təklif edirik:
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Təlim və inkişaf proqramlarının geniş çeşidi;
- Mükəmməl peşəkar komanda və mehriban mühit;
- Sağlamlıq və həyat sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...