Daxili auditor
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azmikroinvest BOKT Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir.

  • İş rejimi: hər həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-dək (nahar fasiləsi 13:00-14:00);

 

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Bank Qanunvericiliyi üzrə, Daxili Audit Standartları üzrə biliklər;
  • Daxili audit və ya maliyyə sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Xarici dil bilikləri: ingilis dili (rus dili üstünlükdür).

 

Vəzifə funksiyaları:

  • Daxili audit prosedurlarına uyğun şəkildə illik fəaliyyət planının hazırlanaraq Müşahidə Şurasına təqdim edilməsi;
  • Təsdiqlənmiş daxili audit planı üzrə daxili audit yoxlamalarının həyata keçirilməsi, bu yoxlamaların nəticələri haqqında hesabatların Təşkilatın Müşahidə Şurasına təqdim olunması;
  • Yoxlama nəticəsində aşkara çıxarılmış nöqsanların aradan qaldırılması üzrə görülmüş tədbirlərin nəticələrinin nəzarətdə saxlanılması;
  • Təşkilatın əsasnamələrinin, daxili qaydalarının və prosedurlarının müntəzəm olaraq təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanması;

Oxşar vakansiya siyahısı:

699₼
Mühasib

Uragan Group MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group MMC

19.01.2026 - Bakı