Daxili auditor
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700 -1000 AZN. Super Toys Daxili auditor üzrə vakansiya elan edir.

Vəzifə Öhdəlikləri :

  • Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi, keçiriləcək audit yoxlamalarının təşkilini həyata keçirmək;
  • Mütəmadi olaraq Anbar sayımlarının həyata keçirilmək;
  • Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
  • Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
  • Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
  • İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
  • Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək;
  • Müvafiq hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;

Namizədə Tələblər :

  • Müvafiq sahədə (Pərakəndə satış) azı 2 il iş təcrübəsi;
  • Aktiv, məsuliyyətli və diqqətli olmalı;
  • Əl terminalları ilə işləmə bacarığı olmalı;
  • Yüksək analitik düşüncə və problemləri həlletmə bacarıqlar
  • MS Office proqramlarını yaxşı bilməli (xüsusilə excel)

Şirkət təklif edir:

  • İş rejimi : Həftədə 6 gün;
  • İş yeri : Sədərək TM;
  • Əmək haqqı 700-1000 AZN;
  • Rəsmi qeydiyyat;

Qeyd: Namizədlərdən mövzu hissəsində “ Daxili auditor” vakansiya adını göstərməklə öz cv-lərini hr@supertoys.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcəklər.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı