Qısa məzmun
MJ Finance MMC Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Bütün növ BOKT əməliyyatlarının və BOKT-də mövcud olan bütün risklərin auditini aparmaq;
- BOKT-un maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının auditini aparmaq;
- Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
- Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
- Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üzrə tədbirləri tövsiyyə etmək;
- Mühasibat sənədlərini, əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;
- Audit zamanı aşkar edilmiş problemlər haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq;
- Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
- Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək.
Tələblər:
- Maliyyə, iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə və ya audit üzrə beynəlxalq sertifikat;
- Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə minimum 3 il iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
- Müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKT daxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək;
- Analitik düşünmə, təhlil etmə qabiliyyəti.
İş barədə məlumat:
- Əmək haqqı: 2000AZN+
- İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: 09.00-18.00
CV-lərinizi “Daxili auditor” başlığı altında elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...