Qısa məzmun
Universal Group of Companies Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri, Hyatt Tower 3
Vakansiyanın təsviri:
- Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
- Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
- Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
- Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Xüsusi tələblər:
- Biznesin idarə edilməsi, İqtisadiyyat ,Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
- Audit sahəsinə aid nəzəri biliklər;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və Rus dilini orta səviyyədə bilməsi.
- Məqsədlərinizə çatmaq üçün şəxsi inkişafınıza dair – korporativ kitabxana;
- Rahat işləməyiniz üçün noutbuk;
- Müvafiq komandada maraqlı iş;
- Karyera və inkişaf. Biz işçilərin şəxsi və peşəkar inkişafını təşviq edirik;
- Maraqlı və innovativ iş mühiti;
- Gələcəyə fokuslanmış və mehriban atmosfer;
- Qanunvericiliyə uyğun olaraq və şəxsi ehtiyaclar əsasında illik məzuniyyət.
Oxşar vakansiya siyahısı:
1000 — 1500 ₼
İstehsalat üzrə mühasibAbacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Kredit mütəxəssisi
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Borcların təhlili üzrə kiçik mütəxəssis
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 800 ₼
Mühasib köməkçisi“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Maliyyə meneceri
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...