Qısa məzmun
Universal PRO MMC Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir:
- Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
- Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
- Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
- Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Tələblər:
- Biznesin idarə edilməsi, Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
- Audit sahəsinə aid nəzəri biliklər;
- Audit üzrə iş təcrübəsi: 2 il (təchizat/satınalma sahəsində olması üstünlükdür);
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.
Oxşar vakansiya siyahısı:
Kredit mütəxəssisi
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Borcların təhlili üzrə kiçik mütəxəssis
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 800 ₼
Mühasib köməkçisi“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Maliyyə meneceri
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisiEmbafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...