Elanın təsviri
- Elan tarixi: 21.09.2022
- Son tarix: 21.10.2022
- Şirkət: Universal PRO
- Ərazi: Bakı
- Maaş: 1000 — 1500 ₼
- Staj: 2 il
- Yaş: 22 — 45 yaş
- Təhsil: Natamam ali təhsil (bakalavr)
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
- E-mail: link elanda qeyd olunub.
Təsvir
- Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
- Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
- Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
- Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
- Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Tələblər
- Biznesin idarə edilməsi, Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
- Audit sahəsinə aid nəzəri biliklər;
- Audit üzrə iş təcrübəsi: 2 il (təchizat/satınalma sahəsində olması üstünlükdür);
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.
Sorğu üzrə heç nə tapılmadı...