Qısa məzmun
Abşeron Logistika Mərkəzi Daxili auditor vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Audit rəhbərinin nəzarəti altında risk əsaslı audit proqramını təşkil etmək;
- Müəyyən olunmuş vaxt çərçivəsində audit yoxlamalarının həyata keçirilməsinə nəzarət etmək;
- Risk səviyyəsini və hesabata qeyd olunmalı olan məqamları aşkarlamaq;
- Effektiv və qeyri-effektiv praktikaları müəyyən etmək, analiz apararaq cari əməliyyatların təkmilləşdirilməsində tövsiyələr vermək;
- Daxili nəzarət sistemlərinin uyğunluğu barədə rəy bildirmək;
- Bütün təyin olunmuş işlərin tələb olunan prosedurlara uyğun olaraq, yüksək səviyyədə və müvafiq sənədləşmə qaydaları ilə tamamlanmasını təmin etmək;
- Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Audit, maliyyə, mühasibatlıq sahəsində minimum 3 illik iş təcrübəsi;
- ACCA və ya CİA sertifikatlarının olması üstünlükdir;
- Word, Excel, Power Point ofis proqramlarını yüksək səviyyədə istifadə etmək;
- Yüksək səviyyədə yazılı / şifahi ünsiyyət və münasibət qurma bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması;
- Problemləri, riskləri və onların həllərini düzgün müəyyən etmək;
- Nəticəyə istiqamətlənmə/fokuslanma;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
CV-lərin qəbulu üçün son tarix 30 iyul 2022-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.