Qısa məzmun
PASHA Holding Daxili audit xidməti – Qrup rəhbəri/Baş Auditor/Aparıcı Auditor vəzifəsi üzrə vakansiya elan edir.
PAŞA Holding, qeyri-maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərində (PAŞA İnşaat, Abşeron Hotel Group, Bravo supermarketlər şəbəkəsi, Agro Dairy və s.) Daxili audit xidmətinə təcrübəli namizədləri Qrup rəhbəri/Baş Auditor/Aparıcı Auditor vəzifələrinə işə dəvət edir.
Əsas tələblər:
- Ali təhsil
- Müvafiq sahədə təcrübəsi (müddət vəzifədən asılı olaraq dəyişir) – audit, risk, daxili nəzarət, maliyyə, mühasibatlıq, pərakəndə satış üzrə iş təcrübəsinə üstünlük verilir
- Azərbaycan və ingilis dilləri üzrə adekvat bilik səviyyəsi
- Analitik düşüncə və ünsiyyət qurma bacarığı
- Fərdi şəkildə və komanda ilə işləmək qabiliyyəti
- CİA, ACCA və ya digər müvafiq sertifikasiyanın olması üstünlükdür
Müraciət etmə qaydaları:
Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və uyğunluq (komplayens) kimi sahələrdə təcrübəsi olan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- Mövzu sətrində “Non-Finance” qeyd olunmalıdır;
- CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...