Daxili audit və nəzarət şöbəsinin böyük mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Energy Regulatory Agency Daxili audit və nəzarət şöbəsinin böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, o cümlədən xidməti araşdırmaların və audit yoxlamalarının həyata keçirilməsində iştirak etmək;
  • Daxili nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı aşkar edilmiş nöqsanları sənədləşdirmək;
  • Agentliyin İdarə Heyəti iclaslarının protokolları və sərəncamverici sənədlərlə (əmr, sərəncam və qərar) verilmiş tapşırıqların aidiyyəti struktur bölmələr tərəfindən vaxtında, tam və mahiyyəti üzrə icra olunmasına nəzarət etmək;
  • Ödəniş tapşırıqları, üzləşmə aktları, müqavilələr və mal-material üzrə təhvil-təslim aktlarının düzgünlüyünə nəzarət etmək;
  • Agentliyin struktur bölmələrindən əldə edilmiş məlumatlar əsasında Agentliyin İş Planlarının hazırlanmasında iştirak etmək;
  • Agentliyin İş Planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək
  • Ölkə Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş tapşırıqların icrasına nəzarət etmək və həmin tapşırıqlardan irəli gələn hesabatların aidiyyəti struktur bölmələrdən əldə edilmiş məlumatlar əsasında hazırlanmasında iştirak etmək və müvafiq qaydada təqdim etmək;
  • İcrası gecikən sənədləri təhlil edərək gecikmənin səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün təkliflər vermək;
  • Agentliyin struktur bölmələri və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
  • İcra və əmək intizamına riayət olunmasına nəzarət etmək, o cümlədən icra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;
  • Agentliyin əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq beynəlxalq təcrübəni araşdırmaq və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Şöbəyə daxil olan icra xarakterli sənədlərə, ərizə, təklif və şikayətlərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxmaq və cavablandırılmasını təşkil etmək.

TƏLƏBLƏR:

  • Ali təhsil (Hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə);
  • Yaş həddi 25-40 aralığı;
  • Daxili nəzarət, auditor və hüquqşünas vəzifələri üzrə azı 3 il iş stajı;
  • Microsoft Office proqramlarında işləmə bacarığı;
  • Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
  • Proseslərin təhlili yönümlü audit yoxlamalarının aparılması bacarığı.

DİGƏR:

  • Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 27 may 2021-ci il
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis) qeyd edin.

Oxşar vakansiya siyahısı:

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı

3000₼
Maliyyə Direktoru

Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

14.07.2025 - Bakı

1000₼
Baş Kredit Mütəxəssisi

Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

700₼
Aparıcı kredit mütəxəssisi

Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...

Brand Credit BOKT

09.07.2025 - Bakı, Bərdə

Kredit Mütəxəssisi

Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Brand Credit BOKT

09.07.2025 - Bakı