Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Daxili audit üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır;
- Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir;
- Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir;
- Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir;
- Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir;
- Audit yoxlamalarının nəticələrini Daxili Audit xidmətinin standartlarına uyğun olaraq sənədləşdirir;
- Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır;
- Daxili Audit xidmətində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir.
Tələblər
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, və digər əlaqədar ixtisaslar);
- Daxili audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və beynalxalq daxili audit standartları üzrə anlayışların olması;
- Analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları və 1C) ilə işləmək bacarığı;
- Ezamiyyələrdə iştirak etmək imkanı.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...