Qısa məzmun
Azərbaycan Hava Yolları QSC Daxili Audit İdarəsinin auditoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Daxili audit idarəsinin rəisinin tapşırığına əsasən audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;
- Qrup üzvü olaraq cəlb olunduğu layihələrdə qrup rəhbərinin verdiyi tapşırıqları Daxili Audit Metodologiyasına uyğun şəkildə icra etmək;
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
- Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit idarəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
- Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasını təmin etmək və audit sübutlarını sənədləşdirmək.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahədə üzrə minimum 1 il iş təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Müxtəlif peşə (CİA, ACCA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla).
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- Şənbə və bazar qeyri-iş günüdür;
- Nəqliyyat şirkət tərəfindən təmin olunur;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...