Qısa məzmun
Rabitabank OJSC Daxili audit departamentinin baş auditoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Bank fəaliyyətinin tənzimlənməsi üzrə əməkdaşlar tərəfindən normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasının auditini aparmaq;
- Bütün strukturlar üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
- Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparır.
- Bank sistemində mövcud olan risklərin və bütün növ bank əməliyyatlarının auditini aparmaq;
- Maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
- Aparılan auditlər zamanı aşkar olunan nöqsanların təhlilini etmək və hesabatları hazırlamaq;
Namizədə olan tələblər:
- İqtisadi və ya hüquqi təhsil;
- Minimum 4 il bank təcrübəsi;
- Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
- Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
- Komandada işləmək bacarığı;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- MS Office proqramlarında keyfiyyətli işləmək bacarığı;
- Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
- Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyi;
- Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Baş auditor” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: career@rabitabank.com
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...