Daxili Audit
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1200 AZN. Starex Daxili Audit vəzifəsi üzrə vakansiya elan edir.

Starex.az Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.

Vəzifə : Daxili Audit

Əmək haqqı: 1000 – 1200 Azn

İş qrafiki : Həftədə 5 gün

Nahar şirkət tərəfindən təmin olunur

Namizədə Tələblər:

  • Ali iqtisadi təhsil
  • 2 ildən az olmayan audit sahəsində iş təcrübəsi (retail sferasında olması üstünlükdür)
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı
  • 1C proqram üzrə bilikləri (arzuolunandı)
  • Beynəlxalq audit standartları, risklərin idarə olunması üzrə biliklər
  • Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmət mərkəzləri üzrə mütəmadi audit yoxlamalarının keçirilməsi, ezamiyyələrdə iştirak
  • Müştərilərə şirkət tərəfdən geri qaytarılan ödənişlərin doğruluğunu yoxlamaq
  • İadə olunan malların və vəsaitlərin razılaşdırılmış əməkdaşlıq şərtlərinə uyğunluğunun yoxlanılması və muhasibat proqramı üzrə təsdiq edilməsi
  • Xidmət mərkəzlərində daxili qaydalara uyğunluğun yoxlanılması
  • Kuryerlər vasitəsilə yığılan vəsaitlərə nəzarət edilməsi və sənədləşmənin yoxlanması
  • Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanılması və aktlaşdırılması
  • Təchizat və Anbar proseslərinin audit yoxlanmasının təmin edilməsi
  • Əməkdaşlıq edilən şirkətlərə və müştərilərə kreditor borclarının yoxlanması

Qeyd : Müvafiq sahə üzrə yalnız təcrübəli namizədlərin müraciət etməyi xahiş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla hr@starex.az elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı