Daxili Audit Şöbəsinin Baş Mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

SƏBA Şirkətlə Qrupu Daxili Audit Şöbəsinin Baş Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: “Səba” ASC -Bakı, Xırdalan şəhəri, H.Əliyev pr.1
Şöbə: Daxili Audit və Nəzarət Departamenti, Daxili Audit Şöbəsi
Hesabat verir: Direktorlar Şurası.

Namizədə tələblər:

  • Sahə üzrə ali təhsil
  • Müvafiq sahədə- audit, maliyyə və ya mühasibatlıq sahəsində iş təcrübəsi: 3 ildən artıq
  • Daxili audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • MS Office və 1C proqramlarında səlis işləmək bacarığı.
  • İngilis dili yaxşı, rus dili biliyi arzuolunandır;

Tələb olunan zəruri biliklər:

  • Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CIA, ACCA, CISA, COSO, CPA və s.) sertifikatları;
  • Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
  • Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar.

Əsas vəzifə öhdəlikləri:

  • Təsdiq edilmiş iş planına əsasən daxili audit prosedurlarını həyata keçirmək;
  • Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;
  • İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
  • Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
  • Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
  • Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək.

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını -“Daxili Audit Şöbəsinin Baş mütəxəssisi”  yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq.

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.

CV-lərin təqdim edilməsi üçün son tarix: 20.03.2023

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı