Daxili audit xidməti rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azersun Holding şirkəti Daxili audit xidməti rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Müvafiq iş təcrübəsi: 3 ildən artıq audit funksiyasında;
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqqda məlumatlı olmaq;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı ilə işləmək bacarığı.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.

İş haqqında məlumat:

  • Daxili auditorların fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlamaq,
  • Sığorta qrupunun audit strategiyasını və siyasətini müəyyən etmək və Direktorlar Şurasının, Təftiş Komissiyasına təqdim etmək;
  • Cəmiyyətdə aparılacaq daxili auditin illik planını tərtib etmək;
  • İllik plana əsasən cəmiyyətin struktur bölmələrində daxili auditin aparılmasına rəhbərlik etmək;
  • Hər bir struktur bölməsi üzrə keçirilən auditin ilkin hesabat formalarını hazırlamaq və müvafiq struktur bölmələrinin rəhbərinə, həmçinin Direktorlar Şurasına və Təftiş Komissiyasına məlumat vermək;
  • Xidmətin Əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrinin icrasını təmin etmək, lazımi hallarda icra etmək;
  • Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə cəmiyyətin müvafiq idarəetmə orqanına təkliflər vermək;
  • Şirkətin siyasətlərin, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirmək;
  • Daxili Audit Xidmətinin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatını həyata keçirmək;

İş şərtləri: Həftəiçi 5 gün. Saat 09.00-18.00

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Daxili audit xidməti rəhbəri” qeyd etməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı