Məlumat bazası tərtibçisi (Database developer)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Enginet LLC Məlumat bazası tərtibçisi (Database developer) üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Məlumat Bazasının dəstəklənməsi üçün uyğun şərtlərin müəyyənləşdirilməsi və lazımi tədbirlərin görülməsi barədə məlumatın müvafiq məsul şəxslərə çatdırılması;
  • Məlumat bazasında olan informasiyanın dolğunluğunun və bütövlüyünün qorunması;
  • Məlumat mənbələrindən düzgün istifadə edərək təhlükəsizliyi qorumaq şərti ilə hesabatların sifarişlərə uyğun yığılması və yenilənməsi;
  • Hesabat sistemində yaranan çətinliklərin aradan qaldırılması;
  • Hesabatlarda əks olunan məlumatların keyfiyyətini, aktuallığını və obyektivliyini təmin etmək, zəruri hallarda məlumat sahiblərinə hesabatın uyğunsuzluğu barədə məlumat vermək;
  • Hesabat sistemində konfidensiallığı qorumaq şərti ilə istifadəçi rolları və giriş izinlərinin idarəedilməsi;

Namizədə verilən tələblər:

  • Müvafiq sahədə Ali təhsil üstünlükdür;
  • Müvafiq sahədə 5+ il iş təcrübəsi;
  • ETL formatlı məlumatların idarəolunmasında təcrübə;
  • SQL dilində məlumat bazasının yaradılması və idarəolunmasında təcrübə;
  • Biznes analitika üzrə iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli;
  • Komandada işləmək bacarığı, detallara diqqət yetirmə; analitik zəka

İş qrafiki: 5 günlük iş qrafiki

Əmək haqqı barədə məlumat müsahibə zamanı təqdim olunacaq.

Müraciət qaydası:  CV-nizi elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – Məlumat bazası tərtibçisi” yazmaqla göndərə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı