Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Bank of Baku Database administrator vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Yeni məlumat bazalarının qurulması və məlumat bazalarının versiyalarının yenilənməsi;
- Verilənlər bazasının sazlanması, konfiqurasiya və təkmilləşdirilmə işlərinin həyata keçirilməsi;
- Performans ilə bağlı daimi analizlərin aparılması, performansa mənfi təsir edən amillərin aşkarlanması və aradan qaldırılması;
- Backup strategiyalarının qurulması və idarə edilməsi;
- Verilənlər bazasının təhlükəsizliyinin təmin edilməsi üçün lazımı tətbiq və prosedurların həyata keçirilməsi;
- Müvafiq texniki sənədləşməsinin yaradılması və müşayiəti.
Tələblər:
- İnformasiya texnologiyaları və ya texniki elmlər üzrə bakalavr və ya magistr dərəcəsi;
- Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
- Oracle üzrə biliklər (RMAN, ASM, Data Guard);
- Unix/Linux əməliyyat sistemləri üzrə minimal biliklər;
- SQL, PL/SQL programlaşdırmaları üzrə biliklər;
- Problem həll etmə və analiz bacarıqlarının yaxşı səviyyədə olması;
- MS SQL, PostgeSQL verilənlər bazalarının idarə olunması üzrə biliklər və təcrübə arzuolunandır.
- OCA, OCP sertifikatları arzuolunandır.
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Verilənlər bazası administratoru qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...