Data üzrə baş analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Data üzrə Baş Analatik vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə inkişaf edən bir mühitdə işləməlidir.

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Məlumatların analitikası şöbəsinə Data üzrə baş analitik vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Rəqəmsal innovasiyalar komandasına qoşulmağın üstünlükləri:

  • Mobil tətbiq, İnternet Bankçılıq və Bankın rəqəmsal məhsullarının yaradılmasında rol almaq;
  • Mikroservis arxitekturası və “DevOps” metodologiyasından istifadə edilməsi;
  • Proqram təminatlarının hazırlanması prosesində ən qabaqcıl metodologiyalardan hesab edilən “Agile Scrum” – ın tətbiq edilməsi

Görəcəyiniz işlər:

  • Recommender systems, personalization, natural language processing, fraud detection, credit scoring kimi layihələrdə iştirak etmək;
  • Məlumatları toplamaq və istifadəyə yararli hala çevirmək;
  • Müştəri məhsullarında işləyəcək analitik modellərin tətbiqini aparmaq;
  • Sürətlə inkişaf edən bir mühitdə işləmək

Bizim üçün ideal namizəd:

  • Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, Fizika, Riyaziyyat və ya Statistika sahəsində bakalavr, magistr və ya doktor dərəcəsi olan;
  • Statistika, Xətti Cəbr və Riyazi analizin əsaslarini bilən;
  • Bank sistemləri və maliyyə üzrə baza biliklərinə sahib olan;
  • Regression, Decision trees, Random Forests, XGBoost, LightGBM, Clustering, Neural networks və s kimi məlumat modelləri haqqinda dərin biliklərə sahib olan;
  • TensorFlow, Keras, PyTorch, Scikit-Learn, Pandas, Numpy, Jupyter texnologiyalarinda güclü bilik və təcrübəyə malik olan;
  • Data Science, Machine Learning və ya Statistics layihələrində ən azi 3 il təcrübəsi olan;
  • Proqramlaşdırma dillərində güclü proqramlaşdırma bacarığı olan (Python);
  • Verilənlər bazası və SQL ilə iş təcrübəsi olan;
  • Univeristetdə və ya Məktəbdə bir proqram layihəsində peşəkar təcrübə və ya açıq mənbə kontekstində proqramlaşdırma təcrübəsi olan –Juniors;
  • Güclü problem həll etmə bacarıqlarını nümayiş etdirən;
  • Mükəmməl ünsiyyət və komandada iştirak bacarığı olan;
  • Computer vision biliyi olan (arzu olunandır);
  • Nitqin tanınması, təbii dilin başa düşülməsi və mətnin səsləndirilməsi sistemlərini bilən;
  • Həvəsli və müstəqil öyrənmək kimi güclü bir qabiliyyətə sahib olan birisidir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 20 mart 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı