Data Scientist Team Lead
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. PAŞA Bank, 3-5 nəfərdən ibarət Data scientistlər qrupunu idarə edəcək Data Scientist Qrup rəhbəri axtarır.

İş barədə məlumat:

PAŞA Bank, 3-5 nəfərdən ibarət Data scientistlər qrupunu idarə edəcək  Data Scientist Qrup rəhbəri axtarır.

Vəzifə öhdəlikləri:

  • Data scientistlər qrupunu idarə etmək
  • Detallı və ətraflı planlaşdırma (cədvəllər, deadline və əsas mərhələlər daxil olmaqla), analitik layihələr üçün resurs bölgüsü
  • Data scientistlər üçün tapşırıqların təyin edilməsi, onların işinə nəzarət etməklə yanaşı modellərin hazırlanmasında iştirak etmək
  • Qrup üzvləri üçün təlimlərin keçirilməsi, və onların praktik təlimatlarla təmin edilməsi
  • Data scientistlərin işə qəbul prosesində dəstək göstərilməsi

Analitik modellərin qurulması :

  • Yaradıcı həllərin və ideyaların əldə olunması üçün bir çox mənbələrdən (həm daxili, həm də xarici mənbələrdən strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlar: əməliyyat məlumatları, müştəri işgüzar məlumatları, kredit bürosu məlumatları və s.) verilənlərin şərh edilməsi və təhlili
  • Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların hazırlanması (qaydaya salınması, emalı, redaktə edilməsi), məlumatların keyfiyyətinin və bütövlüyünün təmin edilməsi
  • Bankın məhsullarını və prosesləri təkmilləşdirmək məqsədilə yeni modellərin hazırlanması (seçilmiş model nümunələri: risk skorinq, meyl modelləri, müştəri seqmentasiyası və s.)

İdeyaları təsirli tövsiyələrə çevrilməsi

  • İdarə heyəti üzvləri ilə əlaqə qurulması: strateji prioritetləri anlaşılması, icrası və analitik layihələrə daxil edilməsi
  • Mühəndislik və məhsul hazırlayan qruplar ilə sıx əməkdaşlığın aparılması
  • Modellərin əsas tərəfdaşlara təqdim olunması və onların asanlıqla başa düşülən formada izah edilməsi

Tələb olunan ixtisas və bacarıqlar:

  • Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr/magistr dərəcəsi
  • Data scientistlərdən ibarət qrupun idarə edilməsi üzrə 2 ildən artıq peşəkar təcrübə (vəzifələrin və işin bölgüsü və planlaşdırılması, komandanın yaradılması və inkişafı)
  • Banklarda maşın öyrənmə modelləri hazırlamaqda 2 illik peşəkar təcrübə
  • Məlumat təhlili və maşın öyrənmə texnologiyalarından istifadə edərək uğurla başa çatdırılan layihələr
  • Proqramlaşdırma dillərindən istifadədə 4 ildən artıq peşəkar təcrübə və məlumatların təhlili və maşın öyrənmə kitabxanaları üzrə mükəmməl biliklər (seçilənlərdən ən az biri: Python (Pandas, NumPy, scikit-learn, Scipy, TensorFlow) və ya R)
  • Əlavə proqramlaşdırma dilləri və data analitika alətləri (SQL, Alteryx və digərləri) üzrə 4 ildən artıq təcrübə
  • Maşın öyrənmə, statistika və data mining texnikaları haqqında qabaqcıl biliklər və qeyd olunanların istifadəsində kifayət qədər təcrübə
  • Bankçılıq və analitika təhlili üzrə təcrübə
  • Yaxşı ünsiyyət və danışıq bacarıqları
  • Azərbaycan və ingilis dillərini mükəmməl; Rus dilini bilmək bir üstünlük kimi qəbul ediləcəkdir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Data Scientist Qrup rəhbəri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərə alınmayacaqdır.

Oxşar vakansiya siyahısı:

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

19.03.2024 - Bakı