Qısa məzmun
PASHA Bank şirkəti Data Scientist vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- Statistika və “Machine Learning” metodologiyalarını istifadə edərək modellərin dizaynı və istifadə olunması;
- Risklərin qiymətləndirilməsi, erkən xəbərdarlıq sistemləri və ehtimal modelləri kimi innovativ və yenilikçi həllərin araşdırılması və yaradılması;
- Kredit portflelinin paylanması və risklərin minimallaşdırılması üzrə “Machine Learning” modellərin yaradılması və istifadə olunması;
- Kredit risk monitorinqi, yığılması və qiymətləndirmə modellərinin yaradılması və istifadə olunması;
- Komanda üzvlərinin yönləndirilməsi və texniki dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Statistika, Riyaziyyat, Kompyuter Elmləri, Mühəndislik, İqtisadiyyat və ya digər əlaqəli sahədə Magistratura və ya PhD
- İş təcrübəsi: Müvafiq sahədə azı 2 il
- Digər:
- Kredit qiymətləndirilməsi üzrə təcrübə
- Real layihələrdə analitik həllərin uğurlu tətbiqinin sübutlu təcrübəsi
- Mükəmməl SQL və Python təcrübəsi
- Linux, “object-oriented” proqramlaşdırma və versiya kontrolu üzrə təcrübə
- Kommersiya məlumatlılıq və geniş biznes məsələlərin analizi
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Data Scientist” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Java backend developer (Middle)
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramçı
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...