Qısa məzmun
PASHA Bank Data Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nədən ibarətdir?
- DWH məlumat modelinin dəstəklənməsi;
- Məlumatların bütövlüyünə, performans artırılmasına, məlumatların səmərəli istifadəsinə cavabdehlik;
- Yazılı texniki və funksional sənədlərin hazırlanması;
- Xam məlumatların təhlili və təşkili;
- Səmərəliliyi, məlumatların etibarlılığını və keyfiyyətini artırmaq üçün verilmiş metodların tətbiq edilməsi;
- Uzlaşan və maşın tərəfindən oxunaqlı formatlar yaratmaq üçün müxtəlif mənbələrdən əldə edilmiş xam məlumatların birləşdirilməsi;
- Proqnozlaşdırıcı və ya göstərişli modelləşdirmə üçün məlumatların çıxarılmasına və çevrilməsinə imkan verən arxitekturaların inkişafı və test edilməsi;
- Məlumat axınının, məlumat sistemlərinin qurulması və optimallaşdırılması;
- Məhsulun yenilikçi bir sənaye liderinə çevrilməsində və optimallaşdırılmasında kömək edən məlumat arxitekturası və məlumat təhlükəsizliyi siyasətinə uyğun olaraq məlumat modellərinin qurulması;
- Verilənlərin çıxarılması və yüklənməsi üçün interfeysin hazırlanması;
- Məlumatla əlaqəli texniki məsələlərdə dəstək göstərilməsi;
- Məlumat infrastrukturu ehtiyaclarını dəstəkləmək üçün daxili müştəri, data arxitektor, data analitik komandası da daxil olmaqla maraqlı tərəflərlə əməkdaşlıq və məlumat sistemlərinin daha çox funksionallaşdırılması;
- Şöbənin fəaliyyətini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq tənzimlənməsi;
- Bankın daxili qayda, proses, siyasət və təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə cavabdehlik;
- Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal rəhbərin məlumatlandırılması;
- Birbaşa rəhbər tərəfindən verilən şifahi və yazılı tapşırıqların icrası.
Sizdən nə tələb olunur?
- Təhsil: Müvafiq sahədə Bakalavr təhsili
- İş təcrübəsi: 3 İl
- Lisenziya / Sertifikat: Oracle PL/SQL , Oracle Sql Expert, ODI (Oracle Data Integrator)
- Xarici dillər: İngilis (Əla), Rus (yaxşı)
- Kompüter bilikləri: Oracle PL/SQL, R, Python, Java (Basic) , MS Office Excel
- Məhsul üzrə biliklər: Oracle Administration Tool, Oracle BI Publisher/ Oracle BI, Oracle FlexCube, PL/SQL Developer
- Digər: Bank bilikləri.
Oxşar vakansiya siyahısı:
Business Analyst
ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...
İngilis dili (Data Science üçün )
Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...
Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis
Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)
Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...
HelpDesk (kiçik mütəxəssis)
BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...