Qısa məzmun
Sinteks Şirkətlər qrupuna hal hazırda Məlumatların Daxil Edilməsi üzrə Administrator tələb olunur.
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Məlumatların Daxil Edilməsi üzrə Administrator tələb olunur.
İşin rolu:
Bu rol məlumatların bazaya daxil olmasına cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Mövsümi /illik sifarişləri məlumatlar bazasına daxil etmək
- Faktura sənədlərini məlumatlar bazasına daxil etmək
- Məlumatlarda yarana bilən səhvləri nəzərdən keçirmək
- Məlumatları məxfi saxlamaq
Əsas tələblər:
- İxtisas / Təhsil:
- Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahə üzrə Ali təhsil
- Təcrübə:
- Müvafiq sahə üzrə təcrübə arzu olunadır
- Professional biliklər:
Rus və Azərbaycan dillərini səlis bilmək - Yüksək səviyyədə MS Office proqramlarını bilmək
- Riyazi biliklər
- Professional bacarıq və kompetensiyalar:
- Detallara diqqət
- Məsuliyyət
- Vaxtın idarə olunması
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Data Entry Administrator” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...