Data Analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200-1500 AZN razılaşma yolu ilə. Aqrar İnnovasiya və Təchizat Şirkəti Data Analitik vəzifəsi üzrə vakansiya elan edir.

Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.

Vəzifə: Data Analitik

Tələblər:

  • İqtisadiyyat və ya Tətbiqi riyaziyyat sahəsində ali təhsil;
  • Biznes analitika, marketinq analitikası və ya data analitika sahəsində 2-3 illik iş təcrübəsi;
  • Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodlarını bilməli
  • Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı
  • MS Excel, Power BI, SPSS proqramlarında və ya Python/R dilləri ilə yaxşı səviyyədə işləməyi bacarmalı
  • SQL bazaları ilə yaxşı səviyyədə işləməyi bacarmalı
  • Tableu, Data Studio və ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı

Öhdəliklər:

  • Məlumat bazalarından əldə ediləcək statistik datanı davamlı əsaslara təmizləyir, strukturlaşdırır və vizuallaşdıraraq, mütəmadi hesabatlar təqdim edir;
  • Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, kanalların və xərclərin səmərəliliyi üzrə araşdırma edir;
  • Davranış modellərinə əsasən bazarın və satışıların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edir;
  • Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
  • Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
  • Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
  • Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.

İş şərtləri:

  • 6 günlük iş qrafiki
  • Ünvan: Ə.Rəcəbli küç., Çinar Park Business Center
  • Əmək haqqı: 1200-1500 AZN (Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir)

Maraqlanan namizədlər mövzu yerində “Data Analitik” yazmaqla öz CV-lərini hr@aisco.az ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə