Data analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma ylu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. Məntiqi-analitik düşüncə qabiliyyəti olmalıdır.

Vəzifə

Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölməsinin əsasnaməsinə uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi prosesində iştirak olacaqdır.

Məsuliyyət:

  • Təhsil müəssisələrinin fəaliyyətinin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi və proseslərə nəzarət edilməsi istiqamətində işlərin icra edilməsi;
  • Təhsil müəssisələrinin fəaliyyətinə dair məlumatların toplanılmasını və onların təhlili üçün yararlı hala gətirilməsinin həyata keçirilməsi;
  • Təhsil müəssisələrinin elektron portal vasitəsilə illik olaraq təqdim etdikləri məlumatların təhlil edilməsi, nəticələr əsasında vizual hesabatların hazırlanması;
  • Təhlil nəticələri əsasında gələcək dövrlər üçün təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı proqnozların verilməsi;
  • Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında şöbənin fəaliyyət istiqamətinə uyğun, yerli kontekst nəzərə alınaraq müvafiq təkliflərin verilməsi.;
  • Akkreditasiya prosesinin yekununda təhsil müəssisələrinə verilmiş tövsiyələrin icrası ilə bağlı müvafiq təhlillərin aparılması, bununla bağlı hesabatların hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
  • Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətlərin həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil (aidiyyəti sahə üzrə təhsil arzuolunandır);
  • Təhsil sahəsində təcrübə və analitik təhlil sahəsi üzrə 2-3 il iş təcrübəsi;
  • Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklərin olması;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
  • Texniki ingilis dili biliyinin olması, (rus dili arzuolunandır);
  • MS Excel biliklərinin yüksək səviyyədə olması (“Python” və ya “R” proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır).
  • Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;

Üstünlüklər:

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
  • Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 02.03.2021

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “Data analitik” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı