Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Şam-Fi MMC Data analitik vəzifəsi üzrə vakansiya elan edir. FMCG sahəsində işləməsi arzu olunandır.
Azərbaycanda distribütor şirkətləri sırasında TOP 5-likdə yer alan Şam-Fi, Azərbaycan bazarında tələb olunan özünü təsdiqləmiş, yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılmasını həyata keçirir. Rusiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, Türkiyə və s. ölkələrdən 60-dan çox marka üzrə ölkənin bütün bölgələrində satışı təşkil edilir.
1100 nəfərdən çox işçi heyəti olan Şam-Fi MMC “Data analitik” vəzifəsi üzrə işçi axtarışındadır.
İş haqqında məlumat:
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı
- Məlumatların analizı üçün Python və ya R dilində lazımi kodların yazılması
- Poqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq (matplotlib, seaborn, ggplot).
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
- Tətbiq olunmuş modellərin izlənilməsi, optimallaşdırılması və yenidən öyrədilməsi
Namizəd üçün tələblər
- Minimum 1 il iş təcrübəsi
- Ali təhsil
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti
- Python, R proqramlaşdırma dillərindən birini yüksək səviyyədə bilmək
- SQL sorğularla işləyə bilmək
- Tableau ve yaxud digər analyse tool-larla işləmə bacarığı
- Hesabatların Power BI və digər tool-larla təqdim etmək
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Diqqət, məsuliyyət və düzgünlük
- FMCG sahəsində işləməsi arzu olunandır
İş Şərtləri:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- Adekvat əmək haqqı
- Qanunvericiliyə uyğun sənədləşmə
- Davamlı karyera inkişaf
Tələblərə yğun namizədlər CV-lərini mövzu hissəsində “Data analitik” qeyd edərək hr@sham-fi.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...