Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Data analitik vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/lkrzq4del
Təsvir
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi;
- Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiyası;
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
- Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
- Verilənlər Bazası (DB) ilə işləmə bacarığı;
- Optimallaşmış SQL sorğularla müxtəlif hesabatların alınması;
- DB-də prosedur, Job-ların qurulması;
- Fərqli mənbələrdən dataların çəkilməsi və hesabatlar üçün DWH-ların qurulması.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00.
Tələblər
- Yüksək səviyyədə SQL (MSSQL, T-SQL) dili bilikləri (analitik funksiyalarla işləmə bacarığı);
- Python proqramlaşdırma dilləri üzrə biliklər;
- Yüksək səviyyədə Microsoft Office, Excel, Power BI, Power Query, Power Pivot bilikləri;
- Machine learning, Statistika, Optimizasiya və ya əlaqəli sahələr üzrə biliklər;
- Əlaqəli Databaza İdarəetmə Sistemlərində datanın manipulyasiyası bacarığı (SQL) arzu olunandır;
- Analitik tool-larla işləmə bacarığı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili biliyi texniki səviyyədə.