Data Analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sirab ASC şirkəti Data Analitik vəzifəsi üzrə vakansiya elan edir.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə);
  • Komputer bilikləri: MS Office (Word, Excel, Power Point) – Əla;
  • Dil bilikləri: Azərbaycan – Əla;
  • Yaş həddi: 23 – 30;
  • Cinsi: Qadın;
  • Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);
  • Riyazi biliklər və analitik düşünmə bacarığı;
  • Microsoft SQL Serverdə işləmə bacarığı;
  • Power BI data modellərin qurulması və dataların vizallaşdırılması (DAX ilə işləmə bacarığı üstünlükdür);
  • Mikro ERP də işləmək bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;
  • Analitik və strateji düşünmə qabiliyyəti;
  • Təqdimat bacarığı;
  • Məsuliyyətlilik;
  • Ünsiyyətlilik;
  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Rus və ya ingilis dili biliyi;
  • Data analitika üzrə sertifikatı olanlara üstünlük verilir

İş barədə: 

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması;
  • Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edilməsi;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlanması;
  • Proqnoz və nəticələrinin effektiv vizuallaşdırma üsulu ilə hesabatlarının hazırlanması;
  • Məhsulları üzrə əsas göstəricilərə əsasən həftəlik, aylıq, illik hesabatların təqdim edilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Razılaşma əsasında;
  • Yemək şirkət tərəfindən;
  • Şirkət nömrəsi və danışıq paketi.

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Analitik” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: JobSearch.az

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı