Qısa məzmun
Zakaz.az MMC Data analitik vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
- Ali təhsil
- Səlis Azərbaycan dili, İngilis dili yaxşı
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər
- SQL-də analitik funksiyalarla işləmə bacarığı
- Power BI işləmə bacarığı
- Təqdimat bacarığı
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
- Yeni texnologiyaları öyrənmə həvəsi
- İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük
- Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı
Vəzifə öhdəlikləri:
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək
- Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf
- Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq
İş şəraiti:
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir
- İş yeri:
- Bakı şəh, Xətai pr 40a.
- Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Data analitik” yazmaqla cv@zakaz.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...