Data analitik
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bank Data analitik vəzifəsi üzrə vakansiya elan edir.

ABB Pərakəndə bankçılıq departamentinə Data analitik vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

 Görəcəyiniz işlər:

  • Məlumatlar əsasında komanda tərəfindən verilən tapşırıqları həyata keçirtmək;
  • Dashboard-ların qurulması və mütəmadi halda yenilənməsi;
  • Məlumatlar bazasından müvafiq informasiyanı əldə etmək və biznes qərarlarına uyğun emal etmək;
  • Məlumatlar əsasında məhsulun satışının stimullaşdırlması və məhsuldan istifadənin aktivləşdirilməsi üzrə təkliflər vermək;
  • Məhsulların satışı istiqamətində, müəyyən yanaşmaların hazırlanması, modellərin qurulması və tətbiq olunması;
  • Məlumatlarda pattern-ların, trendlərin və müştəri davranışlarının aşkar edilməsi və məhsullara uyğun seqmentlərin yaradılması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli ( İqtisadiyyat, Maliyyə, Kömpüter elmləri üzrə );
  • Məlumatlarla işləmək təcrübəsi, təhlil və nəticə çıxarmaq bacarığı, həmçinin məlumatların vizualizasiyası bacarığı olan;
  • Mükəmməl SQL bilikləri
  • Statistika üzrə biliklər
  • Analitik düşünmə, məlumatlarla işləmək təcrübəsi, təhlil və nəticə çıxarmaq bacarığı;
  • Dashboard-ların Excel, Power BI, Tableau kimi proqramlarda hazırlanması bacarığı;
  • Müvafiq sahədə təcrübənin artırılmasıda, yeni yanaşmalar və biliklərin qazanılmasında istəkli olmaq
  • “Agile” metodologiyaları üzrə təcrübə, eləcədə R/Python proqramlarında işləmək bacarıqları arzu olunandır;

Əgər axtardığımız namizəd sizsinizsə CV-nizi  cv@abb-bank.az    elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “PBD – Data analitik” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

 

 

Oxşar vakansiya siyahısı:

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı

Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis

Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Premium Bank

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

24.07.2025 - Bakı

Aparıcı Mühasib

INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

INEO Group

17.07.2025 - Bakı

500₼
Xəzinədar

Sağlam Ailə Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. ...

Sağlam Ailə

16.07.2025 - Bakı

500 — 600 ₼
1C Operator

Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...

Dashyunu.az MMC

16.07.2025 - Bakı

400 — 700 ₼
Mühasib – aktuar

Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...

Meqa Həyat Sığorta

16.07.2025 - Bakı