Cybersecurity Specialist
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Kiber təhlükəsizlik üzrə mütəxəssis vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

  • PASHA Bank üçün kritik olan sistemlərə, infrastruktura, vəsaitlərə və xidmətlərə olan təhlükələrin müəyyənləşdirilməsi məqsədi ilə daxil olan məlumatların təhlilinə cavabdeh olmaq;
  • Use Case dizaynı, inkişafı və saxlanması vasitəsilə mühitdə müəyyən edilmiş təhlükələri azadılmasına cavabdeh olmaq.
  • Bu vəzifə təhdid subyektlərinin profillərini və təhdid zəkası məhsullarından əldə edilən TTP-ləri potensial hücum vektorlarına çevirir.
  • Bu hücum vektorları daha sonra mövcud təhlükəsizlik nəzarəti əhatə dairəsinin effektivliyini təhlil etmək və Use Case inkişafını dəstəkləmək üçün istifadə olunur.
  • PASHA Bankda zəifliklərin idarə edilməsi xidmətinin tətbiq edilməsi, konfiqurasiyası, dəstəklənməsi olmasına və miqyaslandırılmasına cavabdeh olmaq

Vəzifə Öhdəliyi:

  • Bankdan daxil olan sorğuların dəstəklənməsi üçün təhdidlərin xarakterinin dəyişməsi ilə əlaqədar tələb olunan məlumat mənbələrini müəyyənləşdirmək
  • Təhdid zəkasına aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək üçün etibarlı hesabat vermək; məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək
  • Analiz üçün məlumatların alınması və işlənməsi üçün informasiya emal texnologiyasından istifadə etmək
  • Təhdidlərin landşaftına irəliyə baxan baxış etmək üçün daxil olan təhdid zəkasının məlumatlarının bankla əlaqəsini və təsirini müəyyənləşdirmək üçün təhlil aparmaq
  • Yeni kompromis göstəricilərini (IOCs) müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək
  • Təhlükəsizlik avadanlıqlarının siyasətinə dəyişiklik etməyi tövsiyə etmək
  • Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat təqdim etmək
  • Use Case hazırlanma növbəliliyini idarə etmək və onun prioritetliyini müəyyənləşdirmək
  • Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək
  • Müəyyən edilmiş metodologiya və prosesdən istifadə etməklə Use Case-lərin inkişafının həyat dövrünü idarə etmək
  • Müəyyən olunmuş hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək
  • Zəifliklərin idarə olunması platformalarına dəstək göstərmək
  • Bütün kritik texnoloji platformaların zəiflik taramasının səmərəli işini (tam əhatə dairəsini) təmin etmək
  • Təşkilatın sistemlərindəki bütün potensial zəiflikləri müəyyənləşdirmək üçün şəbəkədəki bütün sistemləri avtomatik olaraq taramaq üçün ən son Security Content Automation Protocol-a (SCAP) uyğun zəiflik tarama vasitəsindən istifadə etmək

Tələb edilən bilik, bacarıq və təcrübə:

  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • İş təcrübəsi: Kiber təhlükəsizlik üzrə 1-3 il iş təcrübəsi
  • Lisenziya/Sertifikat: CCNA Security, CompTIA Security+, CompTIA CySA+ və digər kibertəhlükəsizlik üzrə əlaqəli sertifikatlar
  • Xarici dil: İngilis(orta),Rus dili(orta)
  • Kompüter bilikləri:
  • Bir və ya daha çox TI platformaları ilə təcrübə
  • Açıq mənbə zəkası üzrə (OSİNT) məlumat toplama alətləri və zəka vendor portalları ilə təcrübə
  • Müvafiq məlumat formatları üzrə biliklər (JSON, STIX və s.)
  • Jurnal formatları üzrə biliklər
  • Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış
  • Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması
  • OWASP top 10 və WASC Threat Classification bilikləri
  • Müxtəlif zəifliklərin skanerləri ilə təcrübə

Kandidatların kompetensiya, potensial və bacarıqlarına əsasən müəyyən vəzifəyə baxılmaları nəzərdən keçirilmələri dəyişə bilər.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 17.12.2020-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Kiber təhlükəsizlik üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı