Cyber Security Engineer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Technology Kibertəhlükəsizlik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. “Microsoft Office” proqramlarından istifadə bacarıqları olmalıdır.

Vəzifə: Kibertəhlükəsizlik mühəndisi
Şöbə: İnformasiya təhlükəsizliyi
Birbaşa rəhbər: İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur

Məsuliyyətlər:

“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri

  • SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
  • Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
  • Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
  • Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
  • “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
  • Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
  • Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək

Əsas vəzifələr:

  • “PAŞA Technology” MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi
  • Data Mərkəzinin obyektləri və əlaqələndirilmiş analoji müəssisələrdə İT təhlükəsizlik alətlərinə operativ yardımın göstərilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması
  • Həyəcan siqnalları və bədbəxt hadisələrin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi
  • Əsas sistem, mobil və/və ya şəbəkə tibbi məhkəmə araşdırmalarının aparılması
  • Təhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış umşaltma tədbirlərinin həyata keçirilməsi
  • Göstəriş əsasında digər yumşaltma və islahedici tədbirlərin əlaqələndirilməsi və/və ya bu tədbirlərin icrasına yardımın göstərilməsi
  • Bədbəxt hadisələrlə əlaqədar cavab tədbirləri və/və ya rəqəmsal məhkəmə araşdırma tədbirləri vasitəsilə yardım göstərə biləcək müstəqil podratçılarla əməkdaşlıq
  • Yanlış reaksiya verən və ya düzgün çalışmayan hesab olunan həyəcan siqnallarına reaksiya vermək üçün təhlükəsizlik əməliyyatları mərkəzi ilə əməkdaşlıq
  • İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması
  • Bədbəxt hadisələrin əsas səbəblərini müəyyən etmək və gələcəkdə bu cür bədbəxt hadisələrin sonlandırılması və qarşısının alınmasına yardım etmək üçün “PAŞA Technology” MMC-də analoji qurumlarla əmədakşlıq
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin komandası tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak
  • Nasazlıq göstəriciləri kimi taktiki kibertəhdid araşdırmasının istifadəsi və təhlili
  • “Agile” iş üsulunu dəstəkləmək
  • Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
  • Həssaslıq və nasazlıqları proaktiv şəkildə müəyyən edərək aradan qaldırmaq
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
  • Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
  • Bədbəxt hadisələri informasiya təhlükəsizliyi qrupunun rəhbərinə məruzə etmək
  • Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək

İkinci dərəcəli öhdəliklər:

  • Vaxtında kəşfiyyat işlərinin aparılması, o cümlədən birbaşa yardımın göstərilməsi və/və ya araşdırma tədbirlərinin həyata keçirilməsi
  • Axtarış tədbirləri ilə bağlı təlimat və təkliflərin verilməsi
  • Texniki baxımdan cavab tədbirlərinə yardımın göstərilməsi
  • Göstəricilər və ya informasiya məhsullarının çıxarılması və əlaqələndirilməsi
  • Araşdırmalar nəticəsində işlənməmiş kəşfiyyat məlumatlarının əldə edilməsi və bu məlumatların emal və təhlil üçün kəşfiyyat prosesinə daxil edilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin məlumat bazalarında istifadə etmək üçün statistik və daha mütərəqqi analitika texnikalarının yaradılması
  • Mövcud təhlükəsizlik məlumatlarından istifadə edərək müvafiq axtarış kampaniyalarının yaradılması və icrası
  • Böyük məlumat bazalarında təhlil aparan tərəflərə yardım üçün analitik alətin təmin edilməsi
  • Uğurlu axtarış nəticələri əsasında kibertəhlükəsizlik analitikası üzrə həyəcan siqnallarının yaradılmasına yardımın göstərilməsi
  • Təkmilləşdirilməli sahələri müəyyən etmək üçün təhlükəsizlik əməliyyatları mərkəzinin cari texnologiya bazası çərçivəsində avtomatlaşdırma və inteqrasiya tədbirlərinin təhlili
  • Ehtiyacları qarşılayan avtomatlaşdırma və inteqrasiya tədbirlərini hazırlamaq üçün təhlükəsizlik əməliyyatları mərkəzinin digər xidmətləri ilə əməkdaşlıq etmək
  • Xüsusi kod və ssenarilər vasitəsilə yeni avtomatlaşdırma və inteqrasiya tədbirlərinin hazırlanması, sınaqdan keçirilməsi və həyata keçirilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin elektron ensipklopediyasında nəticələrin sənədləşdirilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin istehlakçı ehtiyaclarını qarşılamaq üçün müvafiq texnoloji həll yollarının qiymətləndirilməsi və seçilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin yeni texnoloji platformalarının hazırlanması, sınaqdan keçirilməsi, təşkil edilməsi və tətbiq edilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin mövcud texnoloji platformalarının əsas buraxılış və dəyişikliklərinin hazırlanması, sınaqdan keçirilməsi, təşkil edilməsi və tətbiq edilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin texniki platformalarında təkmilləşdirilməli sahələrin müəyyən edilməsi
  • Təhlükəsizlik əməliyyatları mərkəzinin ehtiyaclara uyğunlaşdırılmış və ya daxili quraşdırılmış platformalarının, o cümlədən proqram təminatı lisenziyaları, texniki istismar, platformanın monitorinqi, sınaqdan keçirilməsi və tənzimlənməsi, əməliyyatların sənədləşdirilməsinin idarə edilməsi
  • Müştərilərin istismar və sahə işlərini həyata keçirmək üçün bəzi hallarda iş saatlarından əlavə işləmək tələb oluna bilər.

Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar

Təhsil:

  • Texniki sahə üzrə universitet dərəcəsi.
  • Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
  • Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür

Təcrübə:

  • İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 3 il təcrübə tələb olunur.
  • Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə
  • Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibertəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya
  • hlükəsizliyi platformaları üzrə təcrübə
  • ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik
  • Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks
  • SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə
  • CİSSP və/və ya CİSM arzuolunandır
  • Ən azı bir ədəd müvafiq sertifikat tələb olunur (məsələn, GPEN, GWAPT, GCİH, GAWN)
  • Həssaslıqların idarə olunması və məlumat sistemindəki zəifliyin test edilməsi üzrə geniş istifadə olunan alətlərlə bağlı müəyyən qədər təcrübə
  • Python” proqramlaşdırma dili ilə bağlı praktik bilik
  • Həssaslıqların idarə olunması və məlumat sistemindəki zəifliyin test edilməsi ilə bağlı minimum iki (2) il təcrübə
  • Güclü yazılı və şifahi ünsiyyət və əməkdaşlıq bacarıqları
  • İngilis dilində olan texniki materialları rahatlıqla oxuyaraq başa düşmək

Kompüter bacarıqları:

  • “Microsoft Office” proqramlarından istifadə bacarıqları
  • Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
  • Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik

Dil bilikləri:

  • İngilis dili – Yaxşı
  • Azərbaycan dili – Ana dili
  • Rus dili – Yaxşı
  • Fərdi bacarıqları Davranışlar:
  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
  • Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
  • Əməliyyatların keyfiyyətini təmin etmək
  • Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək

E-mail: talents@pasha-technology.com

Oxşar vakansiya siyahısı:

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı