Qısa məzmun
PASHA Technology Kibertəhlükəsizlik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. “Microsoft Office” proqramlarından istifadə bacarıqları olmalıdır.
Vəzifə: Kibertəhlükəsizlik mühəndisi
Şöbə: İnformasiya təhlükəsizliyi
Birbaşa rəhbər: İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri
Dərəcə: Yenilənəcəkdir
Rəhbərlik səviyyəsi: Tətbiq olunmur
Məsuliyyətlər:
“PAŞA Technology” MMC-nin bəzi vacib hədəfləri
- SA-lara aşağı qiymətə yüksək keyfiyyətli xidmət göstərmək
- Ekosistemdən maksimum istifadəyə əsaslanan yeni platformalara vasitəsilə sinergiya yaratmaq
- Müştəri təcrübəsini və xidmət keyfiyyətini artırmaq (rəqəmsal amillərə və İT imkanlarının gücləndirilməsinə əsaslanan kompleks yanaşma vasitəsilə)
- Qrup üzrə innovasiya imkanlarını müəyyən etmək və səfərbər etmək
- “Agile” iş üsulu üçün tələb olunan təməl prinsipləri formalaşdırmaq
- Ən istedadlı kadrları qoruyub saxlamaq və yeni strategiyaya əsasən tələb olunan yeni imkanları yaratmaq (məsələn, rəqəmsal, analitik, “agile”)
- Bazar tendensiyalarına uyğun olaraq müvafiq bacarıqları inkişaf etdirmək
Əsas vəzifələr:
- “PAŞA Technology” MMC-nin Data Mərkəzləri şəbəkəsinin perimetri və tətbiqlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri yardımların göstərilməsi
- Data Mərkəzinin obyektləri və əlaqələndirilmiş analoji müəssisələrdə İT təhlükəsizlik alətlərinə operativ yardımın göstərilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzində istifadə olunan müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının hərtərəfli təhlilinin aparılması
- Həyəcan siqnalları və bədbəxt hadisələrin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi
- Əsas sistem, mobil və/və ya şəbəkə tibbi məhkəmə araşdırmalarının aparılması
- Təhlükəsizlik əməliyyatları mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış umşaltma tədbirlərinin həyata keçirilməsi
- Göstəriş əsasında digər yumşaltma və islahedici tədbirlərin əlaqələndirilməsi və/və ya bu tədbirlərin icrasına yardımın göstərilməsi
- Bədbəxt hadisələrlə əlaqədar cavab tədbirləri və/və ya rəqəmsal məhkəmə araşdırma tədbirləri vasitəsilə yardım göstərə biləcək müstəqil podratçılarla əməkdaşlıq
- Yanlış reaksiya verən və ya düzgün çalışmayan hesab olunan həyəcan siqnallarına reaksiya vermək üçün təhlükəsizlik əməliyyatları mərkəzi ilə əməkdaşlıq
- İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması
- Bədbəxt hadisələrin əsas səbəblərini müəyyən etmək və gələcəkdə bu cür bədbəxt hadisələrin sonlandırılması və qarşısının alınmasına yardım etmək üçün “PAŞA Technology” MMC-də analoji qurumlarla əmədakşlıq
- Təhlükəsizlik əməliyyatları mərkəzinin komandası tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak
- Nasazlıq göstəriciləri kimi taktiki kibertəhdid araşdırmasının istifadəsi və təhlili
- “Agile” iş üsulunu dəstəkləmək
- Müntəzəm əməliyyatların icrası zamanı həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi
- Həssaslıq və nasazlıqları proaktiv şəkildə müəyyən edərək aradan qaldırmaq
- Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), bədbəxt hadisələrin idarə olunması, problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi
- Standart əməliyyat prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər, müqavilələr və onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması
- Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün informasiya təhlükəsizliyi qrupunun rəhbəri ilə müntəzəm formal görüşlərdə iştirak etmək
- Bədbəxt hadisələri informasiya təhlükəsizliyi qrupunun rəhbərinə məruzə etmək
- Maraqlı tərəflərlə bədbəxt hadisələr, baş verən nasazlıq və qüsurlar, həyata keçirilən müvəqqəti və islahedici tədbirlər barədə rəsmi hesabat vermək
İkinci dərəcəli öhdəliklər:
- Vaxtında kəşfiyyat işlərinin aparılması, o cümlədən birbaşa yardımın göstərilməsi və/və ya araşdırma tədbirlərinin həyata keçirilməsi
- Axtarış tədbirləri ilə bağlı təlimat və təkliflərin verilməsi
- Texniki baxımdan cavab tədbirlərinə yardımın göstərilməsi
- Göstəricilər və ya informasiya məhsullarının çıxarılması və əlaqələndirilməsi
- Araşdırmalar nəticəsində işlənməmiş kəşfiyyat məlumatlarının əldə edilməsi və bu məlumatların emal və təhlil üçün kəşfiyyat prosesinə daxil edilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzinin məlumat bazalarında istifadə etmək üçün statistik və daha mütərəqqi analitika texnikalarının yaradılması
- Mövcud təhlükəsizlik məlumatlarından istifadə edərək müvafiq axtarış kampaniyalarının yaradılması və icrası
- Böyük məlumat bazalarında təhlil aparan tərəflərə yardım üçün analitik alətin təmin edilməsi
- Uğurlu axtarış nəticələri əsasında kibertəhlükəsizlik analitikası üzrə həyəcan siqnallarının yaradılmasına yardımın göstərilməsi
- Təkmilləşdirilməli sahələri müəyyən etmək üçün təhlükəsizlik əməliyyatları mərkəzinin cari texnologiya bazası çərçivəsində avtomatlaşdırma və inteqrasiya tədbirlərinin təhlili
- Ehtiyacları qarşılayan avtomatlaşdırma və inteqrasiya tədbirlərini hazırlamaq üçün təhlükəsizlik əməliyyatları mərkəzinin digər xidmətləri ilə əməkdaşlıq etmək
- Xüsusi kod və ssenarilər vasitəsilə yeni avtomatlaşdırma və inteqrasiya tədbirlərinin hazırlanması, sınaqdan keçirilməsi və həyata keçirilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzinin elektron ensipklopediyasında nəticələrin sənədləşdirilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzinin istehlakçı ehtiyaclarını qarşılamaq üçün müvafiq texnoloji həll yollarının qiymətləndirilməsi və seçilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzinin yeni texnoloji platformalarının hazırlanması, sınaqdan keçirilməsi, təşkil edilməsi və tətbiq edilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzinin mövcud texnoloji platformalarının əsas buraxılış və dəyişikliklərinin hazırlanması, sınaqdan keçirilməsi, təşkil edilməsi və tətbiq edilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzinin texniki platformalarında təkmilləşdirilməli sahələrin müəyyən edilməsi
- Təhlükəsizlik əməliyyatları mərkəzinin ehtiyaclara uyğunlaşdırılmış və ya daxili quraşdırılmış platformalarının, o cümlədən proqram təminatı lisenziyaları, texniki istismar, platformanın monitorinqi, sınaqdan keçirilməsi və tənzimlənməsi, əməliyyatların sənədləşdirilməsinin idarə edilməsi
- Müştərilərin istismar və sahə işlərini həyata keçirmək üçün bəzi hallarda iş saatlarından əlavə işləmək tələb oluna bilər.
Bu vəzifə üçün tələb olunan ixtisas, təcrübə və bacarıqlar
Təhsil:
- Texniki sahə üzrə universitet dərəcəsi.
- Mühəndislik və ya elm kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir
- Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür
Təcrübə:
- İnformasiya təhlükəsizliyi və ya şəbəkə texnologiyaları sahəsində minimum 3 il təcrübə tələb olunur.
- Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə
- Ümumi kibertəhlükəsizlik analitikası, rəqəmsal məhkəmə araşdırması, kibertəhdidlərin araşdırılması, koordinasiya və işlərin idarə olunması və digər informasiya
- hlükəsizliyi platformaları üzrə təcrübə
- ISO 27001, ISO 27002, PCI DSS kimi müvafiq standartlar üzrə bilik
- Aşağıdakı texnologiyalardan ən azı biri ilə bağlı minimum 6 ay təcrübə tələb olunur: Cisco ASA, Juniper (SRX, ScreenOS, SSL-VPN, IDP), Check Point, Sourcefire, Fortinet, Palo Alto Networks
- SİEM (Təhlükəsizlik Məlumatları və Tədbirlərin Təşkili) üzrə təcrübə
- CİSSP və/və ya CİSM arzuolunandır
- Ən azı bir ədəd müvafiq sertifikat tələb olunur (məsələn, GPEN, GWAPT, GCİH, GAWN)
- Həssaslıqların idarə olunması və məlumat sistemindəki zəifliyin test edilməsi üzrə geniş istifadə olunan alətlərlə bağlı müəyyən qədər təcrübə
- Python” proqramlaşdırma dili ilə bağlı praktik bilik
- Həssaslıqların idarə olunması və məlumat sistemindəki zəifliyin test edilməsi ilə bağlı minimum iki (2) il təcrübə
- Güclü yazılı və şifahi ünsiyyət və əməkdaşlıq bacarıqları
- İngilis dilində olan texniki materialları rahatlıqla oxuyaraq başa düşmək
Kompüter bacarıqları:
- “Microsoft Office” proqramlarından istifadə bacarıqları
- Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə bilik
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik
Dil bilikləri:
- İngilis dili – Yaxşı
- Azərbaycan dili – Ana dili
- Rus dili – Yaxşı
- Fərdi bacarıqları Davranışlar:
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu
- Gündəlik əməliyyatlarda dürüst olmaq: hər zaman düzgün addımları düzgün yollarla atmaq
- Əməliyyatların keyfiyyətini təmin etmək
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək
E-mail: talents@pasha-technology.com
Oxşar vakansiya siyahısı:
Java backend developer (Middle)
Expressbank ASC Java backend developer (Middle) vəzifəsi üzrə vakansiya elan edir. ...
Proqramçı
Do IT MMC Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...