Qısa məzmun
TuranBank ASC CRM (birbaşa satış üzrə mütəxəssis/kiçik mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Problemi həll etmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
- Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
- Yaş həddi:21-27;
Vəzifə öhdəlikləri:
- Qoyulmuş hədəflərin icrası;
- Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
- Direkt marketinq işinin təşkili;
- Məhsulların təqdimatı;
- Müştərinin maliyyə analizini həyata keçirmək;
- Müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi;
- Komanda ilə işləmək bacarığı;
Bu iş sizə nə qazandıracaq:
- Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
- Satış sahəsində özünüzü inkişaf etdirmə imkanı;
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Satış həcminə uyğun olaraq əmək haqqına əlavə bonus;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Birbaşa satış üzrə mütəxəssis/kiçik mütəxəssis” yazmağı unutmayın.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...