Qısa məzmun
Ə/h 500-700 AZN. Saat Store CRM manager vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
- Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
- Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
- “Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
- CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;
- CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.
Namizəd üçün tələblər:
- Ali təhsil;
- Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;
- 5 nəfərlik komandaya rəhbərlik etmək;
- CRM sahəsində 1-3 illik təcrübə;
- Excel, Powerpoint proqramları üzrə dərin biliklər;
- SQl, Birtix24 platformaları haqqında bilik arzuolunandır;
- Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
- CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
- Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);
- Analiz, problemlərin həlli və qərarvermə;
- Keyfiyyətə fokuslanma;
- Dəqiqlik və təfsilatlara yönümlülük.
İş barədə məlumat:
- İş qrafiki: 5 günlük 09:00-18:00
- Ə/H: 500 – 700 AZN (gross) ( vakantın bacarıqlarına əsasən )
- Ünvan: 28 may , Nizami 92
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV-lərini CRM başlığı altında elektron ünvana təqdim edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...