Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Buta Construction Cost Control vəzifəsi üzrə vakansiya elan edir. Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalıdır.
- Vəzifə: Xərclərə nəzarət (Cost Control)
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: İnşaat/tikinti sektorunda xərclərə nəzarət (Cost control) sahəsində ən azı 2 il təcrübə
Təhsil: İqtisadi sahədə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
Əmək haqqı – müsahibə əsasında 800-1000 AZN-dən başlayaraq
Tələblər:
- Güclü riyazi və analitik qabiliyyətin olması şərtdir
- Beynəlxalq sertifikatların olması əlavə üstünlükdür
- Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word
- Səfər/ezamiyyə problemi olmamalı
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dillərini ən azı orta səviyyədə bilməli
- Punktual, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı.
Vəzifə və öhdəliklər:
- Layihələr üzrə büdcəyə nəzarət
- Xərclərin bölüşdürülməsi, büdcəyə uyğunluğuna nəzarət
- Materialların alınması və istifadəsinə nəzarət
- Büdcə və faktiki rəqəmlər üzrə yaranmış kənarlaşmaların araşdırılması və bunlarla bağlı aylıq, rüblük və illik hesabatların təqdimatı
- Büdcənin hazırlanması prosesində yaxından iştirak
- Xərclərin optimizasiyası və səmərəliliyin artırılması istiqamətində daima təkliflərlə çıxış etmək
- Layihələr və məhsullar/xidmətlər üzrə xərclərin/maya dəyərinin formalaşdırılması, inzibati xərclərin bölgüsü əsaslarının hazırlanması
- Paytaxt və regionlardakı işlərdə xərclərə nəzarət baxımından yaxından iştirak
- Rəhbərlik tərəfindən verilən uyğun tapşırıqların yerinə yetirilməsi
Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “COST CONTROL” qeyd etməklə öz CV-lərini cv@butaconstruction.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...