Copywriter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Copywriter vəzifəsi üzrə vakansiya elan edir.

İşiniz nədən ibarətdir?

  • Yerli bazar araşdırmaları və təhlillərinin aparılmasına dəstək;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək keyfiyyətli məzmunların, hesabatların, təqdimatların hazırlanması və hər üç dildə məzmunların redaktəsi;
  • Brendinq, marketinq kommunikasiya strategiyasının və müvafiq məzmunların hazırlanmasına dəstək;
  • Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsinə dəstək;
  • Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt məzmununun, reklam və marketinq planlarına müvafiq məzmunların hazırlanması;
  • Marketinq tədbirlərinin təşkilinə dəstək;
  • Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması və hesabatların hazırlanması;
  • Sosial media kampaniyalarının hazırlanması üçün müvafiq məlumatların toplanması;
  • Sosial media səhifələrinin monitorinqi, əldə edilmiş məlumatlar əsasında təkliflərin hazırlanması, sosial şəbəkələrdə brend və məhsul ilə bağlı açıqlanan rəylərin izlənilməsi və onların cavablandırılması;
  • Bank adından xarici auditoriyaya açıqlanan bütün məzmunların hazırlanması və redaktəsi.

Sizdən nə tələb olunur?

  • Təhsil:  Marketinq kommunikasiyası, Biznesin idarəedilməsi və ya müvafiq sahədə Bakalavr təhsili
  • İş təcrübəsi: Müvafiq sahədə ən az 3 il
  • Kompüter bilikləri: MS Office proqramları
  • Lisenziya/Sertifikat: Sosial media üzrə sertifikat

Digər:

  • Məlumat təhlili sahəsində təcrübə
  • Sosial media platformaları haqqında biliklər
  • Güclü təşkilati, planlaşdırma və nəzarət etmə bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Copywriter” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı