Copywriter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Copywriter vəzifəsi üzrə vakansiya elan edir.dır.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Kopirayter tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu şirkətin veb-saytları üçün cəlbedici, aydın mətn yaratmaqdır. Kopirayter düzgün və maraqlı yazılı məzmunun hazırlanmasına və görülən işin dəqiqliyini və keyfiyyətini yoxlanmasına cavabdehdir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin “siması” əks etdirən bir veb sayt üçün aydın və səhvsiz məzmun yazır
  • Yaradıcı istiqamət və texniki məlumatları şərh edir və onları inandırıcı surət anlayışlarına çevirir
  • Fikir mübadiləsi aparmaq üçün və müxtəlif materiallar hazırlamaq üçün PR və marketinq şöbələri ilə əməkdaşlıq edir
  • Müştərilərin məzmun gözləntilərini qarşılamaq üçün mətnin redaktə edilməsi və dəyişdirilməsi üzərində işləyir
  • Şirkətin məhsullarını potensial müştərilər üçün daha əlçatan və maraqlı edən yazılı tanıtım materialları hazırlayır
  • Müştərilərin məhsul və xidmətlərimizdən istifadə etməyə cəlb edən və şirkətin məqsəd və missiyasını izah edən məzmununa dair tələbləri müəyyənləşdirir

Əsas tələblər:

  • Təhsil:
  • Ali təhsil (Azərbaycan Dillər Universiteti üstünlükdür)
  • Kommunikasiya, reklam və marketinq sahəsində sertifikat arzuolunandır
  • Təcrübə:
  • Kopirayter və ya Sosial Media Administratoru kimi ən azı 1 il iş təcrübəsi
  • Satış sahəsində müvafiq təcrübə üstünlükdür
  • Professional biliklər:
  • Azərbaycan, Rus, İngilis dilləri mükəmməl
  • Moda industriyası və markalar üzrə bilik
  • Mətn yazma qabiliyyəti
  • MS Office
  • Professional bacarıqlar və kompetensiyalar:
  • İnandırıcı yazmaq bacarığı
  • Yaradıcılıq
  • Aktivlik
  • Nəticə yönümlülük
  • Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kopirayter” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı