Qısa məzmun
Sinteks Group of Companies Copywriter vəzifəsi üzrə vakansiya elan edir.dır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Kopirayter tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu şirkətin veb-saytları üçün cəlbedici, aydın mətn yaratmaqdır. Kopirayter düzgün və maraqlı yazılı məzmunun hazırlanmasına və görülən işin dəqiqliyini və keyfiyyətini yoxlanmasına cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Şirkətin “siması” əks etdirən bir veb sayt üçün aydın və səhvsiz məzmun yazır
- Yaradıcı istiqamət və texniki məlumatları şərh edir və onları inandırıcı surət anlayışlarına çevirir
- Fikir mübadiləsi aparmaq üçün və müxtəlif materiallar hazırlamaq üçün PR və marketinq şöbələri ilə əməkdaşlıq edir
- Müştərilərin məzmun gözləntilərini qarşılamaq üçün mətnin redaktə edilməsi və dəyişdirilməsi üzərində işləyir
- Şirkətin məhsullarını potensial müştərilər üçün daha əlçatan və maraqlı edən yazılı tanıtım materialları hazırlayır
- Müştərilərin məhsul və xidmətlərimizdən istifadə etməyə cəlb edən və şirkətin məqsəd və missiyasını izah edən məzmununa dair tələbləri müəyyənləşdirir
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil (Azərbaycan Dillər Universiteti üstünlükdür)
- Kommunikasiya, reklam və marketinq sahəsində sertifikat arzuolunandır
- Təcrübə:
- Kopirayter və ya Sosial Media Administratoru kimi ən azı 1 il iş təcrübəsi
- Satış sahəsində müvafiq təcrübə üstünlükdür
- Professional biliklər:
- Azərbaycan, Rus, İngilis dilləri mükəmməl
- Moda industriyası və markalar üzrə bilik
- Mətn yazma qabiliyyəti
- MS Office
- Professional bacarıqlar və kompetensiyalar:
- İnandırıcı yazmaq bacarığı
- Yaradıcılıq
- Aktivlik
- Nəticə yönümlülük
- Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kopirayter” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Şirkətlər Qrupu İctimaiyyətlə Əlaqələr şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir ...