Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC CNC diş açan Frezerçi vəziifəsi üzrə vakansiya elan edir. Naharla və nəqliyyatla ilə təmin olunur.
Vəzifə öhdəlikləri:
- İstifadəsinə təhkim edilən Frez dəzghahında iş prinsipini və dəzgahdan istifadə qaydalarını bilməli;
- İstifadə etdiyi frez alətlərinin növünü və düzgün təyin olunmasını bilməli;
- Avadanlıqların yerləşməsi və ondan düzgün istifadə qaydalarını bilməli;
- Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
- Avadanlığı işə salmazdan əvvəl avadanlığın ətrafına nəzarət etməli;
- Avadanlığın istifadəsində bütün texniki göstəricilərinə riayət etməli;
- İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
- Verilmiş tapşırıqların texnologiyaya uygun aparılıb- aparılmamasına nəzarət etməli,bu barədə ustaya məlumat verməli və səbəbini araşdırmalı;
- Əgər iş ərzində hər hansı bir texniki nasazlıq baş versə bu barədə elektrik və çilngərlərə aidiyyatı üzrə müraciət etməlidir.Və nasazlıq aradan qaldırılana qədər onların işinə nəzarət etməlidir;
- İş yerini təmiz saxlamalı;
- Işləyərkən əmək təhlükəsizliyi qaydalarına əməl etməli;
- Ətraf mühitinin qorunması üzrə qanunvericiliyini və əmək fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini və normativ tələblərini bilməli;
- Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini bilməli;
- Öz fəaliyyətlə bağlı risklərini və onların idarə edilməsi üzrə tədbirlərini bilməli.
Təhsil/Təcrübə:
- Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
- Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla və nəqliyyatla ilə təmin edilmə;
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “CNC diş açan Frezerçi” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.