Qısa məzmun
Ə/h razılaşma yolu ilə. METAK Alətçi-çilingər vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Press qəliblərin və ştampların yığılması və təmiri;
- Forma əmələ gətirən səthlərin və axma kanalların pardaqlanması;
- Cizgilərin oxunması;
- Cizgilərdə təsvir olunan əsas elementlərin məlumat pəstahında nişanlanması;
- Çilingər işləri: yonma, burğu ilə deşmə, cilalanma və sürtmə, detalların bir-birinə uyğunlaşdırılması;
- Sınaqlarda iştirak etməsi.
Namizədə tələblər:
- Orta texniki təhsil;
- Press qəliblərdə bütün əməliyyatları bilməli (oturtma, müsadilə);
- Çilingər və ölçü-nəzarət alətləri, onların təyinatını və işlətmə qaydalarını bilməli;
- Elektrik və pnevmatik alətlərlə işləmək bacarığı;
- Press qəliblərin konstruktiv xüsusiyyətlərini və qaynar kanallı qəliblərin yığılmasını bilməli;
- Bu sahədə iş təcrübəsi 5 ildən artıq.
İş şəraiti:
- Əmək haqqı danışıq əsasında;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/34 və ya hr@metak.az ünvanına CV göndərərək 30.11.2021 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.