Catering üzrə supervisor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800-1000 AZN. Emsa Food MMC Catering üzrə supervisor vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifələr:

  • Xidməti sahənin bütün struktur bölmələrinə operativ nəzarət etmək;
  • Satış və istehsalat sahələrinin biznes proseslərinin optimallaşdırılması, xərclərin idarə edilməsi;
  • Bölmələrinin daxili auditin aparılması;
  • Maddi, maliyyə və əmək ehtiyatlarından səmərəli istifadəsinə nəzarət etmək.
  • Mövcud müəssisələrin rentabelliyinin artırılması: xərclərin optimallaşdırılması, rəsmi və faktiki qiymətqoymalara nəzarət, satışın təhlili.
  • İşçilərin vəzifə öhdəliklərinə nəzarət etmək;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək.
  • Catering şəbəkəsinin fəaliyyəti ilə bağlı inzibati və təşkilati məsələlərin həlli, planlaşdırma, işçi heyətinin idarə olunması:
  • Xidməti sahə şəbəkəsinin fəaliyyətinin təşkili, planlaşdırılması və əlaqələndirilməsini həyata keçirmək.

Namizədlər üçün tələblər:

  • Аli  təhsili;
  • Yaş həddi – 30-45 yaş;
  • Cinsi – Kişi;
  • Sahə üzrə 3 (üç) ildən аz оlmаyаrаq iş təcrübəsi;
  • Yerli şirkətlərdə iş  təcrübəsi;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
  • Azərbaycan, rus və ingilis (arzu olunandır) dillərində savadlı yazı və mükəmməl şifahi vərdişlərə malik olmaq;
  • Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
  • Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
  • Windows, Word, Excel proqramların bilməsi.
  • Ezamiyyətə hazır olmalı.

İş haqqında:

  • İş qrafiki: həftənin 6 gün, saat 09:00-dan 18:00-dək.
  • Şənbə günü – gısadılmış iş günü.
  • Yataqxana, qidalanma və rabitə xərcləri şirkət tərəfindən ödənilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə)  mövzu yerinə “Catering üzrə supervisor” yazaraq göndərilməsi xahiş olunur.

Əmək haqqı: 800-1000 manat.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...