Qısa məzmun
Ricon MMC Camaşırxana sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Gündəlik olaraq planlı şəkildə müştərilərin, korporativ müştərilərin ünvanından malların qəbulunu və çatdırılmanı icra etməli.
- Müştərilərdən malları qəbul edib camaşırxanaya təhvil verməli.
- Hazır (təmiz) məhsulu camaşırxanadan təhvil alıb müştəriyə çatdırmalı.
- Pərdə sifarişi olan zaman çatdırılma əməkdaşı pərdələri evdən, yerində sökməli və təmizləməyə gətirməli.
- Hazır, təmizlənmiş pərdələr müştərinin göstərişi ilə öz yerindən asılmalı.
- Gün sonu yığılan vəsait kassaya tehvil verməli;
- Sifarişləri hazır olan müştərilərin məlumatlandırılması mesajın göndərilməsini və sifarişlərinin təhvil verilməsini təmin etməli;
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməli;
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alınmalı;
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımalı;
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmalı;
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;
Namizədə dair tələblər:
- Orta təhsil (Ali təhsil arzu olunandı);
- Dil bilikləri : Azərbaycan dili səlis, Rus dili arzu olunandı;
- Yaş: 20-35 yaş arası
- Cinsi:Kişi
- Sürücü-ekspeditor vəzifəsində 3 ildən artıq iş təcrübəsi
- Sürücülük vəsiqəsi və yük maşınını sürmək bacarığı.
- Koorporativ Etik davranış norma bilikləri;
- Effektiv ünsiyyət qurma qabiliyyəti;
- Məsuliyyətli, təşəbbüskar, çevik, diqqətli, intizamlı, nəticə yönümlü olmalı;
- Peşəkar Xoş və səliqəli zahiri görünüş;
İş barədə məlumat
- 6 günlük iş qrafiki.
- Əmək haqqı-600 azn+bonus
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş yeri : Bakı şəhəri , Nərimanov rayonu Əliyar Əliyev 45
- Yalnız bəy namizəd tələb olunur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Camaşırxana sürücüsü” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...