Camaşırxana işçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Winter Park Hotel Baku Camaşırxana işçisi vəzifəsi üzrə vakansiya elan edir. Stress altında işləmə bacarığı olmalıdır.

ƏMƏK FUNKSIYASI

  • Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
  • Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
  • Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
  • Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
    Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir.
  • Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rhbərinə təqdim edir.
  • Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
  • Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır
  • Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir

BACARIQLAR VƏ TƏCRÜBƏ

  • Ən azı camaşırxana və ya təmizlik, dərzilik sahəsində 1-3 illik iş təcrübəsi
  • Stress altında işləmə bacarığı
  • Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
  • Müsbət ünsiyyət və komandada işləmə bacarığı
  • Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
  • Kimyəvi maddələrlə işləmə bacarığı
  • Ünvan: M. Əliyev küç. 210, Nəsimi rayonu, Bakı, Azərbaycan

Əgər bu iş Sizi maraqlandırırsa, lütfən CV-niz hr@winterparkhotel.net ünvanına yollayın

Mövzu yerində “Camaşırxana işçisi” yazmağı unutmayın.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...