Call center operator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Aqrar İnnovasiya və Təchizat Şirkəti Call Center Manager vəzifəsi üzrə vakansiya elan edir.

Namizəddən tələblər:

  • Çağrı mərkəzi, müştəri xidmətləri və ya satış sahəsində iş təcrübəsi mütləqdir;
  • Müştərilərlə əlaqələrin idarə edilməsi və satış sahəsində sertifikat üstünlükdür;
  • Azərbaycan və rus dillərində səlis danışığa malik olmalıdır;
  • Növbəli iş rejiminə hazır olmalıdır (gecə növbəsi yoxdur);

Vəzifə funksiyaları:

  • Müştəri müraciətlərini cavablandırır, lazımi məlumatları təqdim edir;
  • Müştərilərin müraciətlərini lazımi təqdirdə müvafiq struktur bölməyə yönləndirir;
  • Satış ilə bağlı müraciətləri prosesdurlara uyğun emal edərək, satış şəbəkəsinə ötürür;
  • Sorğuların keçirilməsində iştirak edir;
  • Müştəri Xidmətlərinə daxil olan zəngləri, sosial media, mesengerlər və s. kanallar vasitəsilə daxil olan müraciətləri CRM üzrə müvafiq prosedura, o cümlədən danışıq skriptlərinə uyğun şəkildə cavablandırır;
  • Müştərilərə məhsul və xidmətlər, eyni zamanda mövcud kampaniyalar haqqında düzgün və dolgun məlumat verir, məhsul və xidmətlərlə bağlı mütəxəssis dəstəyinə ehtiyac olduqda müştəriləri müvafiq qaydada yönləndirir;
  • Daxili CRM sistemində yaradılmış müraciət və əməliyyatlar üzrə qeyd edilən məlumatlar dəqiq və düzgün olmalıdır, vaxtlı-vaxtında və düzgün şəxslərə yönləndirilməlidir;
  • İcra etdiyi faliyyətlərin, fəaliyyət üzrə vacib məqamların və mərhələlərin, eləcə də nəticələrin vaxtlı-vaxtında şirkətdaxili tapşırıqların idarə edilməsi sistemində əks olunmasını, rəsmi anlaşmalara müvafiq şəkildə vaxtların qeyd olunmasını və birbaşa rəhbəri tərəfindən izlənə bilməsini təmin edir.

İş şərtlərimiz:

  • 5 günlük iş qrafiki, 08:30 – 17:30;
  • Əmək haqqı: 500-600 AZN;
  • İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Call center” yazaraq göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı