Qısa məzmun
Yapi Kredi Bank şirkəti Telefon mərkəzinin işçisi (call center) vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan, Rus və İngilis dillərində səlis danışıq bacarığı;
- Düzgün diksiya;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Komanda tərkibində işləmə bacarığı;
- Növbəli iş saatı ilə (axşam, gecə saatları daxil) işləmə;
- Dəqiqlik və operativlik;
- Kompüter bilikləri: MS Office proqramları.
Əsas iş funksiyaları:
- Telefon bankçılığının bütün xidmətlərini təqdim edərək, müştərini doğru məlumatlandırmaq;
- Müştəri şikayətlərini həll etmək;
- Bankın müvafiq məhsullarının satışını, tanıtımını həyata keçirmək;
- Zəng edən bütün müştərilərə xüsusi yanaşma və təmkinli davranış.
Qeyd: Rus və İngilis dili zəif olan namizədlərin müraciət etməmələri xahiş olunur.
CV-lərinizi email ünvanına göndərmənizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəng mərkəzinin operatoru
Ə/h razılaşma yolu ilə. FoxExpress Zəng Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Əlaqə mərkəzinin mütəxəssisi
Azərbaycan Dəmir Yolları Əlaqə mərkəzinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...