Çağrı Mərkəzinin Operatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gravity Inc Çağrı Mərkəzinin Operatoru vəzifəsi üzrə vakansiya elan edir

Əmək haqqı: 450 AZN

İş qrafiki: 6 gün

Namizədə tələblər:

  • Yaş aralığı: 25-35
  • Təhsil: Natamam Ali və ya Ali
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
  • Düzgün diksiya;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Dinləmə, inandırma və münaqişələrin həlli bacarıqları;
  • MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı;
  • Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
  • Yalnız xanım namizədlər.

Vəzifə öhdəlikləri:

  • Layihənin tələblərini və gözləntilərini tam şəkildə mənimsəmək;
  • Satış məqsədi olmadan keçirilən müxtəlif təlim və tədbirlərə iştirakçıları dəvət etmək;
  • Edilən zənglərin daxili sistemdə qeydə alınması və gündəlik, həftəlik, aylıq hesabatların verilməsi;
  • Keçiriləcək layihələrin məqsədini və hədəf kütləsini anlayaraq məlumatların ötürülməsi zamanı düzgün və lazımi informasiyanın ətraflı çatdırılması;
  • Tapşırılan həftəlik və günlük zəng sayına çatmaq;
  • İştirakçılar tərəfindən verilən sualların tam şəkildə cavablandırması, cavablana bilinməyən sualların rəhbər şəxslərə yönləndirilməsi;
  • Zəng edən və ya zəng olunan bütün iştirakçılara xüsusi yanaşma və təmkinli davranış;
  • Vətəndaşların təklif və iradlarını qəbul edərək rəhbər şəxslərə yönləndirilməsinin təmin olunması;
  • Şirkətin daxili intizam, etik davranış, məxfi məlumatların açıqlanmaması və digər qaydalara riayət olunması.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “ Çağrı Mərkəzinin operatoru” qeyd etmələri xahiş olunur.

Qeyd: CV hazırlamaqda çətinlik çəkən şəxslər www.cvyarat.az portalında qeydiyyatdan keçərək, peşəkar CV üçün önəmli məlumatları dolduraraq CV-ni PDF formatında əldə edə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı

Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə )

Unibank Kommersiya Bankı Ümumi işlər üzrə könüllü ( Region filialları üzrə ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

04.04.2024 - Bakı