Qısa məzmun
166 Yükdaşıma və Logistika Çağrı Mərkəzi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
Öhdəliklər:
- Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda müştəriyə dərhal məlumatın verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə qeydə alınması.
Tələblər:
- Peşə və ya ali təhsil arzu olunandır;
- Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Bakı şəhəri və regionları üzrə ərazi biliyi;
- Dinləmə və effektiv ünsiyyət bacarığı;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Stressə qarşı davamlılıq.
İş şərtləri:
- İş qrafiki 6 günlük;
- Karyerada yüksəliş imkanı
Müraciət:
Namizədlər mövzu hissəsinə “Çağrı mərkəzi üzrə mütəxəssis” qeyd edərək elekton ünvanına CV formalarını göndərə bilər.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
500₼
Qeydiyyatçı1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Əlavə xidmətlər üzrə operator
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisiEmbafinans, ...