Çağrı mərkəzi operatoru ( Call Center)
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Starex Çağrı mərkəzi operatoru ( Call Center) vəzifəsi üzrə vakansiya elan edir.

Starex.az” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əldə etdiyi lisenziya ilə həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkətimiz hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər dörd ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir. Türkiyə, Amerika və Çindən sifariş üçün xidmətlərimizdən istifadə edə bilərsiniz.

Vəzifə : Çağrı mərkəzi operatoru ( Call Center)
Əmək Haqqı : 400 Azn
İş yeri : Atatürk prospekti 4A
İş rejimi : Həftədə 6 gün

Vəzifə öhdəlikləri :

  • Çağrı mərkəzinə daxil olan şikayətlərin cavablandırılması və həll edilməsi.
  • Əməkdaşlar tərəfindən cavablandırılan zənglərin dinlənilməsi.
  • Sifarişlə və ya bağlama ilə bağlı hər hansı problem olduqda araşdırılması və həll edilməsi
  • Şirkət və şirkətin daşınma şərtləri haqqında məlumatların təqdim olunması
  • Həvalə et, ( sifariş et) , alış haqqında məlumatın verilməsi
  • Xarici ölkələrdən online sifariş edilməsi haqqında məlumatlı olması
  • Sifariş və bağlamanın, daxili kuryer sifarişinin statusu haqqında məlumatlı olması
  • Müraciətlərin (ticket) sorğu üzərindən qeyd edilib yönləndirilməsi.

Namizədə Əsas Tələblər:

  • Kompüter proqramlarında sərbəst işləmək bacarığı
  • Yalnız xanım namizədlər
  • Yaş həddi :20 – 35 yaş aralığı
  • Məsuliyyətli və problem həll etmə bacarığı
  • Azərbaycan ( ana dilini) qramatik səviyyədə mükəmməl yazı və danışıq bacarıqları
  • Müştərilərlə yüksək səviyyədə işləmək motivasiyasının olması
  • Komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini müraciət edilən vəzifə adı “Çağrı mərkəzi operatoru” qeyd etməklə, hr@starex.az elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

700₼
Оператор

Frazex şirkəti Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Frazex

29.05.2025 - Bakı

Çağrı mərkəzi üzrə operator

İnci Group Of Commpanies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

27.05.2025 - Bakı